İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxmasını dəstəklədi

Dünya

02.03.2025 09:55

2125

ABŞ hökumətinin işinin səmərəliliyini artırmaqla məşğul olan qurumun (DOGE) rəhbəri, iş adamı İlon Mask ölkənin Birləşmiş Millətlər Təşkilatından (BMT) və Şimali Atlantika Alyansından (NATO) çıxması ideyasına dəstəyini ifadə edib.

TodayPress xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib. 

Bundan əvvəl amerikalı senator Mayk Li ABŞ-nin BMT üzvlüyündən çıxması və təşkilata maliyyə dəstəyinin dayandırılmasını nəzərdə tutan qanun layihəsinin Senata təqdim edildiyini açıqlamışdı. Sənəd, həmçinin ABŞ-nin NATO və onunla bağlı strukturlardan tam çıxmasını və Vaşinqtonun bu alyansa maliyyə yardımlarını dayandırmasını nəzərdə tutur.

Qiymət Mahir

tag: ABŞ,BMT,NATO,İlon Mask,todaypress.az,