İlon Mask Dubayda yeraltı tunellər şəbəkəsi quracaq

Dünya

14.02.2025 14:05

1939

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) süni intellekt məsələləri naziri Ömər bin Sultan əl-Ulama "Dubai Loop" geniş yeraltı tunellər şəbəkəsi layihəsini elan edib və bu tunellər İlon Maska məxsus "Boring Company" tərəfindən tikiləcək.

TodayPress xəbər verir ki, bu barədə nazir Dubayda keçirilən Ümumdünya Hökumət Sammitində çıxışı zamanı məlumat verib.

"Biz "Dubai Loop" birgə layihəsini həyata keçirmək niyyətindəyik və bu, şəhərin ən sıx məskunlaşmış rayonlarını əhatə edəcək ki, insanlar bir nöqtədən digərinə gedib çata bilsinlər" deyə əl-Ulama bildirib.

Həmçinin İlon Maskın sözlərinə görə, tunellər şəbəkəsi "soxulcan dəliyi"nə bənzəyəcək. "Siz sadəcə olaraq şəhərin bir yerindən girirsiz və tuneldən keçməklə özünüzü başqa yerdə tapırsınız" deyə Mask layihənin təqdimatı zamanı qeyd edib.

Xatırladaq ki, İ.Mask 2016-cı ildə "Boring Company"ni təsis edib. 

Şirkət ABŞ-nin böyük şəhərlərində nəqliyyat problemlərini həll etmək üçün tunellərin işlənib hazırlanmasını və tikintisini həyata keçirir. 

Nicat Osman

tag: BƏƏ,İlon Mask,ABŞ,Tikinti ,Tunel,Todaypress.az,