İlon Mask: “Starlink” Ukraynada heç vaxt söndürülməyəcək”

Dünya

10.03.2025 11:39

2846

“SpaceX” şirkətinin sahibi, milyarder İlon Mask Ukraynada “Starlink” terminallarının heç vaxt söndürülməyəcəyini bəyan edib.

TodayPress xəbər verir ki, bu barədə Mask DOGE hökumət effektivliyi departamentinin hesabında yayımlanan açıqlamasında bildirib.

“Aydın olsun ki, mən Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, “Starlink” heç vaxt terminallarını söndürməyəcək. “Starlink” olmasa, Ukraynanın rabitə xətləri tamamilə kəsilərdi, çünki ruslar bütün digər əlaqələri bloklaya bilər! Biz heç vaxt belə bir addım atmarıq və bunu təzyiq vasitəsi kimi istifadə etmərik” deyə o, qeyd edib.

Qeyd edək ki, məsələ ətrafında gərginlik ABŞ dövlət katibi Marko Rubio ilə Polşanın xarici işlər naziri Radoslav Sikorski arasında qarşıdurmaya səbəb olub.

Rubio Sikorskinin Ukraynanın “Starlink”ə alternativ axtarmalı olduğu barədə fikirlərini uydurma adlandırıb və onu nankor olmaqda ittiham edib. 

Qiymət Mahir

tag: İlon Mask,ABŞ,Starlink,Ukrayna,Todaypress.az,