İlon Mask Ukraynaya ayrılan pullarla bağlı açıqlama verdi
ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ukrayna üçün nəzərdə tutulan pulun əhəmiyyətli bir hissəsinin amerikalı siyasətçilərin əlinə keçdiyini deyib.
TodayPress xəbər verir ki, o , bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Maskın sözlərinə görə, vəsait Demokratlar Partiyasının Milli Komitəsinin nümayəndələrinin, eləcə də Respublikaçılar Partiyasının bir sıra üzvlərinin cibinə gedib.
"Buna görə də Zelenski pulun yalnız yarısını aldığını iddia edir" deyə Mask qeyd edib.
Nicat Osman
tag: İlon Mask,DOGE,Pul,Zelenski,Todaypress.az,