İlon Maskın nüfuzu azalır
ABŞ-də İlon Maskın nüfuzu azalır.
TodayPress "Associated Press" xəbər verir ki, bu barədə NORC ictimaiyyətlə əlaqələr araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələri məlumat verir.
Sorğuya əsasən, ABŞ-də yetkin əhalinin cəmi 33 faizi Mask haqqında müsbət fikirə malikdir. Halbuki bu göstərici 2024-cü ilin dekabrında 41 faiz idi.
Məlumata görə, son aylar ərzində Maskın Vaşinqtonda artan təsiri fonunda onun populyarlığı azalmağa başlayıb. Sorğuda iştirak edən yetkin amerikalıların təxminən üçdə ikisi hesab edir ki, Mask federal hökumətə həddindən artıq təsir göstərib, lakin bu təsirin yaxın zamanda sona çatacağı gözlənilir. Bildirilir ki, milyarder sahibkarın administrasiyadakı vəzifəsini yaxın həftələrdə tərk etməsi ehtimal edilir.
Sorğu nəticələri həmçinin göstərir ki, Maskın siyasi baxışları getdikcə daha konservativ xarakter alır. Belə ki, Mask haqqında müsbət rəy bildirən müstəqil seçicilərin sayı 5-dən 1-i, demokratlar arasında isə 10 nəfərdən 1-i təşkil edir. Respublikaçılar arasında isə bu göstərici 10 nəfərdən təxminən 7-si səviyyəsindədir.
Bundan başqa, sorğu göstərib ki, müstəqil seçicilərin 7-dən 1-i, demokratların isə 10-dan 9-u Maskın federal hökumətə çox böyük təsirə malik olduğunu düşünür. Respublikaçılar arasında isə bu fikri bölüşənlərin sayı təxminən 10 nəfərdən 4-nü təşkil edir.
Qiymət Mahir
tag: ABŞ,İlon Mask,Sorğu,Nüfuz,todaypress.az,