İlon Maskın sərvəti 400 milyard dollardan aşağı düşdü

Dünya

11.02.2025 14:30

1578

İlon Maskın sərvəti 2025-ci ildə ilk dəfə 400 milyard dollardan aşağı düşüb.   

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Buna səbəb “Tesla” səhmlərinin kəskin ucuzlaşması olub.   

Avtomobil istehsalçısının səhmləri dekabr ayının ortalarında tarixi maksimuma çatdıqdan sonra 27% dəyər itirib. Xüsusilə, ötən həftə səhmlərin qiyməti 11% azalıb.

Bu, əsasən “Tesla”nın satış həcmlərinin azalması ilə bağlı xəbərlərdən sonra baş verib.

Almaniyada avtomobil tədarükü 59% geriləyərək 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb, Çində isə satışlar ötən illə müqayisədə 11,5% azalıb.

Fevralın 10-da “Tesla” səhmləri ardıcıl dördüncü gün dəyər itirərək 3% ucuzlaşıb və 350,73 dollar səviyyəsinə enib. 

Nəşrə görə, dekabr ayında Maskın sərvətinin 60%-dən çoxu “Tesla” səhmləri və opsionlarından ibarət olub. Lakin ABŞ prezidenti Donald Trampın andiçməsindən sonra Mask biznesdən çox siyasətə diqqət ayırmağa başlayıb və hökumətin səmərəliliyini artırmaq məqsədilə yaradılan DOGE agentliyinə rəhbərlik edir.

“Bloomberg” yazır ki, Maskın Trampa yaxın olmasına baxmayaraq, investorların ABŞ hökumətinin “Tesla”nı dəstəkləyəcəyinə dair gözləntiləri hələ ki, özünü doğrultmur. 

Qiymət Mahir

tag: İlon Mask,Sərvət,Tramp,Todaypress.az,