İmamoğlunun məhkəməsi başa çatdı

Dünya

23.03.2025 10:40

1254

Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun dindirilməsi başa çatıb.

TodayPress xəbər verir ki, o, İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan terror və korrupsiya istintaqında həbs tələbi ilə məhkəməyə çıxarılıb.

Məhkəmədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu da iştirak edib.

Dindirilmə zamanı Əkrəm İmamoğlu özünü müdafiə edib.

Hər iki istintaq çərçivəsində bələdiyyə sədri ilə yanaşı, ümumilikdə 89 şübhəli barədə həbs cəzası tələb olunub.

Hazırda hökmün elan olunacağı gözlənilir.

Xatırladaq ki, Əkrəm İmamoğlu və İstanbul bələdiyyəsinin 100-dən çox əməkdaşı terror təşkilatına yardım və korrupsiyada ittiham olunur.

Türkan İsgəndərli

tag: todaypress.az,Əkrəm İmamoğlu,Türkiyə,Terror,