İmamoğlunun ortağı olduğu şirkətin hesablarına həbs qoyuldu
İstanbul Böyükşəhər
Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ortağı olduğu "İmamoğlu İnşaat
Ticaret ve Sanayi Anonim" şirkətin hesablarına həbs qoyulub.
TodayPress "Haber Global"a istinadən xəbər
verir ki, həbs Baş Prokurorluğun tələbi ilə tətbiq edilib.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə
sədri də daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi
məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir.
tag: İstanbul, Əkrəm İmamoğlu, Şirkət, Həbs, todaypress.az,