İmamoğlunun saxlanılmasından sonra küçələr bağlandı
Türkiyənin İstanbul şəhər bələdiyyəsində keçirilən əməliyyatlardan sonra şəhər valiliyi ehtiyat tədbirlərini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Aydınlık" qəzeti məlumat yayıb.
Bildirilir ki, İstanbulda 4 gün ərzində hər cür toplantı, nümayiş və mətbuata açıqlamalar qadağan edilib. Bununla yanaşı, İstanbulun mərkəzi meydanı Taksimə gedən metro xətti və avtomobil yolları bağlanıb, metro xidmətlərində dəyişiklik edilib.
Qadağalar 23 marta qədər davam edəcək.
Həmçinin, Türkiyədə "X", "Instagram" və "YouTube" platformalarına girişdə səhər saatlarından etibarən çətinliklər müşahidə olunur.
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları səhər saatlarında İstanbul bələdiyyəsində anti-korrupsiya əməliyyatına başlayıb.
Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 100 əməkdaşı saxlanılıb.
Türkan İsgəndərli
tag: Türkiyə,Əkrəm İmamoğlu,İstanbul,Bələdiyyə,Həbs,Todaypress.az,