İmran Xan Nobelə namizəd oldu
Pakistanın keçmiş Baş naziri İmran Xan "Pakistan World Alliance" hüquq müdafiə təşkilatı tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.
TodayPress xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Təşkilat İmran Xanın sülh təşəbbüsləri, insan haqları sahəsindəki fəaliyyəti və Pakistanın daxili işlərinə xarici müdaxiləyə qarşı apardığı mübarizəni nəzərə alaraq onun namizədliyini irəli sürüb.
Xan, Cənubi Asiyada sülhün təşviqi və Hindistan ilə münasibətlərin yaxşılaşdırılması sahəsindəki səyləri ilə tanınır.
Həmçinin, o, bölgədəki korrupsiya və yoxsulluq məsələlərinə qarşı mübarizə aparıb.
Qeyd edək ki, 2019-cu ildə İmran Xan Cənubi Asiyada sülhün təşviqində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Pakistanın əsas müxalifət partiyası olan Pakistan Təhrik-e-İnsafı (PTI) quran Xan 2023-cü ilin avqust ayından həbsdədir.
Türkan İsgəndərli
tag: Pakistan,İmran Xan,Nobel,Namizəd,Todaypress.az,