İndoneziya Qəzza sakinlərini qəbul etməyə hazırdır

Dünya

09.04.2025 17:20

13

İndoneziya Qəzza zolağındakı yaralı və kimsəsiz insanları müvəqqəti qəbul etməyə hazır olduğunu bəyan edib.   

TodayPress “NBC”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Prabovo Subianto açıqlama verib.   

“Biz yaralıları və yetimləri, əgər istəsələr, İndoneziyaya təxliyə etməyə hazırıq. Onları daşımaq üçün təyyarələr göndərə bilərik” deyə o bildirib.   

Prabovo Subianto əlavə edib ki, İndoneziya ilkin mərhələdə 1000 nəfəri qəbul etməyi planlaşdırır.

Bu insanlar Qəzza bölgəsi təhlükəsiz hala gələnə qədər ölkədə qala biləcəklər.   

O, həmçinin vurğulayıb ki, bu yerləşdirmə daimi deyil, humanitar xarakter daşıyan müvəqqəti tədbirdir.   

Aysel Mətləb

tag: İndoneziya,Qəzza,Sakin,Münaqişə,Todaypress.az,