İndoneziya sahillərində zəlzələ oldu
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 48.800 nəfər əhalisi olan Vaynqapu şəhərindən 142 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
tag: İndoneziya, Zəlzələ, Sahil, Avropa, ARalıq, Sunami, todaypress.az,