İndoneziya sahillərində zəlzələ oldu

Dünya

30.03.2025 09:25

2519

İndoneziyanın sahil bölgəsində 5,1 maqnitudalı zəlzələ baş verib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” agentliyi Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinə (EMSC) istinadən məlumat yayıb.

Zəlzələnin episentri 250 minə yaxın insanın yaşadığı Banda-Açeh şəhərindən 12 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı isə 10 km dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur. Həmçinin yerli hakimiyyət orqanları sunami təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq etməyib.

Bundan əvvəl, martın 28-də Myanmada 7,7 bal gücündə bir neçə zəlzələ qeydə alınmışdı. Təbii fəlakətin afterşokları Tayland və Çin də daxil olmaqla, bir sıra qonşu ölkələrdə də hiss olunub. Minlərlə insanın zərər çəkdiyi bildirilir, onların bir qismini xilas etmək mümkün olmayıb. Ölkənin tarixi Mandalay sarayı və İravadi çayı üzərindəki körpü zərər görüb.

Baş verənlər fonunda Myanmar hakimiyyəti fövqəladə vəziyyət elan edib və beynəlxalq ictimaiyyətdən yardım istəyib. 

Qiymət Mahir

tag: İndoneziya,Zəlzələ,Hadisə,Dünya,todaypress.az,