İndoneziya tullantıları enerji mənbəyinə çevirir
İndoneziya hökuməti tullantıları enerjiyə, o cümlədən elektrik enerjisinə çevirmək məqsədilə yeni tullantı idarəetmə qaydaları hazırlayır.
TodayPress xəbər verir ki, İndoneziyanın Enerji və Mineral Ehtiyatlar Nazirliyinin müavini Yuliot Tanjunqun cümə günü Cakartada verdiyi açıqlamaya görə, hökumət ekoloji cəhətdən təmiz texnologiyalar vasitəsilə plastik tullantıları piroliz prosesi ilə yanacaq, bioenerji və elektrik enerjisinə çevirməyi planlaşdırır.
Rəsmi məlumata əsasən, tullantıların enerjiyə çevrilməsi prosesinin 2029-cu ilə qədər ən azı 30 böyük şəhərdə tətbiq edilməsi nəzərdə tutulur. Hər bir şəhərin bu proses nəticəsində təxminən 20 meqavat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.
Bildirilib ki, təşəbbüs İndoneziyanın 2029-cu ilə qədər tullantıların 100 faiz idarə olunmasına nail olmaq məqsədinin bir hissəsidir.
Qiymət Mahir
tag: İndoneziya,Zibil,Enerji,Mənbə,Todaypress.az,