İndoneziyada 5,6 bal gücündə zəlzələ oldu
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 355 min insanın yaşadığı Ambon şəhərindən 375 km cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan
olunmayıb.
tag: İndoneziya, Zəlzələ, Təlafat, Ambon, todaypress.az,