İndoneziyada deflyasiya hökm sürür

Dünya

03.03.2025 15:35

2362

İndoneziyada bazar qiymətlərinə təsir edən siyasət nəticəsində fevral ayında illik 0,09 faizə bərabər olan aylıq deflyasiya dərəcəsi 0,48 faiz təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə İndoneziyanın Statistikası İdarəsi məlumat yayıb. 

İstehlak Qiymətləri İndeksi (CPI) yanvarda 105,99-dan fevralda 105,48-ə düşüb.

Xərclər qrupunda aylıq deflyasiyaya ən çox təsir edən amillər mənzil, su, elektrik enerjisi və məişət yanacağı olub. Bu qrupda deflyasiyanı şərtləndirən dominant amil elektrik enerjisi tariflərindəki endirim olub ki, bu da deflyasiyaya 0,67 faiz təsir edib.

Bundan əlavə, deflyasiyaya 0,06 faiz töhfə verən broyler toyuq əti, həmçinin müvafiq olaraq 0,05 faiz və 0,04 faiz olmaqla qırmızı soğan və qırmızı bibər kimi dəyişkən ərzaq qiymətlərinin azalması səbəb olub.

Qeyd edək ki, deflyasiya inflyasiyanın əksi olaraq, mal və xidmətlərin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir.

Töhfə Səməd

tag: İndoneziya,Deflyasiya,Staistika,İstehlak,todaypress.az,