İndoneziyada partlayış: Ölənlər var
İndoneziyada istismardan çıxarılan silah-sursatın utilizasiyası zamanı partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.
Bildirilir ki, partlayışda 9 mülki şəxs və dörd hərbçi həlak olub.
Məlumata əsasən, insident Harut rayonunda yerləşən poliqonda baş verib. Hadisə yerində olan hərbçilər növbəti partlayışların qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirləri həyata keçirir.
İndoneziya ordusunun qərargah rəisi general Maruli Simancuntaka qəza səbəblərinin araşdırıldığını bildirib.
Türkan İsgəndərli
tag: İndoneziya,Partlayış,Ölüm,Polis,todaypress.az,