İndoneziyada vulkan püskürdü
İndoneziyanın Şimali Maluku vilayətinə aid Halmaxera adasında yerləşən Dukono vulkanı püskürüb.
TodayPress xəbər verir ki, bu barədə “Antara” agentliyi müşahidə məntəqəsi əməkdaşlarına istinadla məlumat yayıb.
Bildirilib ki, vulkanın krateri üzərindən 600 metr hündürlüyə qalxan kül sütunu dəniz səviyyəsindən təxminən 2 min metrə qədər yüksəlib. Kül əsasən şərq və şimal-şərq istiqamətində yüksək intensivliklə yayılır.
Hökumət orqanları sakinlərə və bölgəyə gələnlərə ehtiyatlı olmağı, habelə vulkanın krateri ətrafında 4 kilometrlik təhlükə zonasına yaxınlaşmamağı tövsiyə edib.
Qeyd edək ki, Dukono vulkanı Sakit okean və Avstraliya litosfer plitələrinin qovşağında yerləşir. Onun dəniz səviyyəsindən hündürlüyü 1335 metrdir.
Dünyanın ən böyük arxipelaq dövləti olan İndoneziyada ümumilikdə 500-dən çox vulkan var, onlardan təxminən 130-u hələ də aktiv hesab olunur.
Qiymət Mahir
tag: İndoneziya,Dukono,Vulkan,Püskürmə,Todaypress.az,