İnvestorlar ABŞ-dən üz döndərir: Çin bazarına maraq artır
Ticarət müharibəsi və mümkün resessiya qorxusu fonunda investorlar ABŞ-dən daha çox Çin bazarına yönəlir. Honq-Konqun “Hang Seng” indeksi ilin əvvəlindən etibarən 17% artıb.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, qlobal investorlar Çin səhmlərini ABŞ bazarına alternativ kimi görməyə başlayıb.
Bildirilib ki, xüsusilə, texnologiya sektoruna maraq artır, çünki Çində səhmlər 2021-ci ilin pik dövrü ilə müqayisədə 30% ucuzlaşıb.
Bu tendensiyanın əsas səbəbi ABŞ iqtisadiyyatında artan qeyri-sabitlik və TINA (There Is No Alternative – Alternativ yoxdur) strategiyasının tədricən dəyişməsidir. İndi isə investorlar TIARA (There Is A Real Alternative – Real alternativ var) yanaşmasına üstünlük verərək Çin bazarına yönəlirlər.
Buna baxmayaraq, Çin bazarında hökumətin texnologiya şirkətlərinə qarşı təzyiqləri və iqtisadi dayanıqlılıq sualları kimi risklər mövcuddur.
Lakin Pekinin fiskal stimullaşdırma siyasəti və sənaye inkişafına dəstəyi bazarda optimizmi artırır.
Qiymət Mahir
tag: ABŞ,Çin,Ticarət,Rəqabət,Todaypress.az,