"iPhone" istifadəçilərinə xəbərdarlıq!

Dünya

17.02.2025 12:30

2115

ABŞ Milli Təhlükəsizlik Agentliyi "iPhone" və "iPad" istifadəçilərini "Wi-Fi" parametrlərini dəyişdirməyə çağırıb. Bunun səbəbi həmin parametrlərdən fırıldaqçıların aktiv şəkildə istifadə etməsidir. 

TodayPress xəbər verir ki, bu barədə "PhoneArena" məlumat yayıb.

Bildirilib ki, hakerlər ictimai yerlərdə öz avadanlıqlarını elə qururlar ki, istifadəçilərin qadjetləri ümumi "Wi-Fi" əvəzinə avtomatik olaraq onların şəbəkəsinə qoşulur.   

Bu, haker şəbəkəyə rəsmi adlara oxşar ad verilməklə həyata keçirilir. 

Saxta "Wi-Fi" nöqtəsinə qoşulduqdan sonra istifadəçilər saytlarda parol daxil edib bank hesablarına daxil olur, lakin şəbəkənin saxta olduğunu anlamaya bilir.

Bütün bu məlumatlar dərhal fırıldaqçıların əlinə keçir.

Belə bir tələdən qaçmaq üçün "iPhone" və "iPad" sahibləri "Parametrlər" -> "Wi-Fi" bölməsinə daxil olub "Avtomatik qoşulma" bölməsində "Sorğu" və ya "Heç vaxt" seçimlərindən birini seçməlidirlər. 

Bu yolla smartfon aktiv mobil giriş nöqtələrinə avtomatik qoşulmayacaq. Bu tədbirlər istifadəçi məlumatlarını mümkün kiberhücumlardan qoruyacaq və məxfi məlumatların fırıldaqçıların əlinə keçməsinin qarşısını alacaq.

Nicat Osman

tag: İphone,Xəbərdarlıq,Wi-fi,Haker,Todaypress.az,