İran-ABŞ danışıqlarının dördüncü mərhələsi baş tutacaq
İran və ABŞ nümayəndələri arasında növbəti nüvə danışıqları yaxın iki həftə ərzində Avropada baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Görüşün dəqiq yeri və səviyyəsi hələ açıqlanmayıb. Bu, danışıqların dördüncü raundu olacaq.
Xatırladaq ki, əvvəlki mərhələ aprelin 26-da Omanda keçirilib. ABŞ nümayəndə heyətinə prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib. Tərəflər bundan əvvəl də aprelin 12-də Omanda və aprelin 19-da Romada görüşüblər.
Türkan İsgəndərli
tag: İran,ABŞ,Görüş,Nüvə,todaypress.az,