İran ABŞ ilə birbaşa danışıqlar təklifini rədd etdi

Dünya

30.03.2025 16:20

1120

İran prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ prezidenti Donald Trampın birbaşa danışıqlar aparmaq təklifini rəsmi məktubla rədd etdiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi xəbər agentliyi “IRNA” yayıb.

Prezidentin sözlərinə görə, cavab məktubunda Tehran və Vaşinqton arasında vasitəçilər vasitəsilə dialoqun davam etdirilməsi ehtimalının hələ də mövcud olduğu vurğulanıb. 

“İran danışıqlardan yayınmır. Mövcud problemlərin səbəbi ABŞ-nin öz öhdəliklərini pozmasıdır” deyə o bildirib.

Qiymət Mahir

tag: İran,Tehran,ABŞ,Tramp,Dünya,todaypress.az,