İran ABŞ ilə danışıqlar üçün xüsusi sanksiya qrupu yaratdı
İran, Omanda ABŞ ilə dolayı danışıqlar aparan nümayəndə heyətinə xüsusi “sanksiyaların ləğvi üzrə ekspertlər qrupu”nu daxil edib.
TodayPress xəbər verir ki, bu barədə İslam Respublikası hökuməti özünün "Telegram" kanalında bildirib.
Hökumətin mətbuat xidməti iranlı danışıqçıların gedişini əks etdirən kadrları dərc edərək yazıb ki, bu dəfə nümayəndə heyətinə “sanksiyaların ləğvi üzrə ekspertlər qrupu” da daxildir. Bu xüsusi qrupun tərkibi açıqlanmayıb.
"Danışıqların bu raundunda ABŞ-nin sanksiyaları ləğv etmək istəyini nümayiş etdirməsi vacibdir" bəyanatda deyilir.
Qeyd edək ki, aprelin 26-da nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu keçiriləcək. Danışıqlar üçün platforma nizamlanma prosesində vasitəçi kimi çıxış edən Oman tərəfindən təmin edilib. Danışıqların əvvəlki iki raundu da Omanın vasitəçiliyi ilə keçirilib.
Siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edəcək.
Töhfə Səməd
tag: İran,Oman,ABŞ,Sanksiya,todaypress.az,