İran ABŞ-ni hədələdi
"İrana qarşı istənilən hücum sarsıdıcı cavabla qarşılanacaq".
TodayPress xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Salami bildirib.
O, bu bəyanatı ABŞ-nin İrana qarşı təhdidlərindən sonra verib.
General-mayorun sözlərinə görə, İrana qarşı reallaşan istənilən təhlükə sərt, qəti və sarsıdıcı cavabla qarşılanacaq.
Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrinə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.
Türkan İsgəndərli
tag: İran,ABŞ,Hədə,Təhdid,Todaypress.az,