İran ABŞ-nin mümkün hücumuna sərt cavab verəcək

Dünya

07.04.2025 16:24

10

"İrana qarşı xarici təcavüz sərt hərbi reaksiya ilə nəticələnəcək". 

TodayPress xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi deyib.   

Onun sözlərinə görə, İranı təhdid edənlər cavablarını alacaqlar. 

"Biz ölkəmizə qarşı istənilən hücum və təcavüzə var gücümüzlə cavab verəcəyik. İran gərginlik yaratmamaq üçün mehriban qonşuluq və regional əməkdaşlıq siyasətinə baxmayaraq, ordumuz hər hansı xarici təhlükələrə qarşı durmaq qabiliyyətini daim təkmilləşdirir". 

Qeyd edək ki, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün göstəriş verib. 

Türkan İsgəndərli

tag: İran,ABŞ,Hücum,Cavab,Todaypress.az,