İran ABŞ və Rusiya ilə nüvə razılaşmasına ümid edir
“Rusiya ABŞ və İranın nüvə proqramı üzrə razılığa gəlmək istəyini alqışlayır və ölkələr arasında danışıqlar prosesini asanlaşdırmağa hazırdır. Bu danışıqlarda Tehranın qanuni maraqları nəzərə alınmalıdır”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Danışıqlar zamanı İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı mövzusu ətraflı müzakirə olunub.
"Biz İran və ABŞ arasında müzakirə edilmiş və davam edən obyektiv qarşılıqlı məqbul razılaşmalara nail olmaq istəyini alqışladıq. Təbii ki, Rusiya bu prosesi asanlaşdırmağa hazırdır və İranın qanuni maraqlarını nəzərə alan sazişləri hər cür dəstəkləyəcək" rusiyalı nazir bildirib.
Öz növbəsində İran diplomatiyasının rəhbəri Abbas Əraqçi bildirib ki, o, rusiyalı həmkarı Sergey Lavrovu İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqların gedişi barədə məlumatlandırıb. Nazirin sözlərinə görə, Tehran İranın nüvə proqramı üzrə razılığın əldə olunmasını mümkün hesab edir, lakin ABŞ-nin qeyri-real tələbləri razılaşmaların əldə olunması ehtimalını azaldır.
Bundan başqa, Tehran, aprelin 19-da Romada keçirilməsi planlaşdırılan danışıqlarda Amerikanın İranın nüvə proqramı ilə bağlı mövqeyini öyrənməyi ümid edir.
Eyni zamanda, Tehranın nöqteyi-nəzərindən, hazırda sanksiyalar və ABŞ-nin maksimum təzyiq siyasəti səbəbindən Vaşinqtonla birbaşa danışıqlar mümkün deyil.
Töhfə Səməd
tag: İran,Rusiya,ABŞ,Nüvə ,Razılaşma,Todaypress.az,