İran ABŞ-yə raket atmağa hazırlaşır

Dünya

31.03.2025 10:16

888

"ABŞ-nin eskalasiyası halında İran raketlər atmağa hazırdır". 

TodayPress xəbər verir ki, bu barədə "Tehran Times" qəzeti məlumat yayıb. 

Bildirilir ki, İran ordusu ABŞ prezidenti Donald Trampın davam edən hərbi əməliyyat təhdidləri fonunda ABŞ ilə əlaqəli mövqeləri vura bilən raketlər hazırlayıb. 

Qeyd edilir ki, buraxılmağa hazır olan xeyli sayda raket bütün ölkəyə səpələnən və hava hücumlarına tab gətirə bilən yeraltı strukturlarda yerləşir.

Türkan İsgəndərli

tag: İran ,Raket,ABŞ,Hərb,Todaypress.az,