İran hərbi qüvvələri Hörmüz boğazını bağlaya bilər

Dünya

10.02.2025 13:40

2063

İran İslam İnqilabı Keşikçiləri korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Tanqsiri donanmanın Hörmüz boğazını bağlaya biləcəyini açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.                                                        

“Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya bilərik. Lakin boğazdan istifadə etdiyimiz müddətdə bunu etməyəcəyik” deyə general bildirib. 

Komandan ABŞ-nin İran neftinin ixracını dayandırmaq cəhdlərinin uğursuz olacağını deyib.

O, Tehranın regional sabitliyi, İran neft və qazının təhlükəsiz ixracını təmin etməyin əsas prinsipləri olduğunu vurğulayıb. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətinin bərpasını nəzərdə tutan fərman imzalayıb. Tramp İranla silahlı qarşıdurmaya getmək niyyətində olmadığını deyib. O, qarşıdurmanın olmaması üçün Tehranla nüvə problemi üzrə saziş bağlamaq istədiyini qeyd edib.   

Nicat Osman

tag: İran,Hörmüz,Donald Tramp,Komandan,Todaypress.az,