İran kəşfiyyatına məlumat ötürən israilli həbs edildi

Dünya

03.03.2025 16:45

2621

İsrailin Beer Şeva şəhər sakini Doron Buhobza, İran kəşfiyyatı ilə əlaqə quraraq, Negev Nüvə Tədqiqatları Mərkəzi haqqında həssas məlumatları satmağı təklif etdiyi üçün ittiham olunub. 

O, İsrail polisi və Şin Betin birgə əməliyyatı ilə həbs edilib.

TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

İstintaqın nəticələrinə görə, Buhobza bir neçə ay ərzində İranın kəşfiyyat agentləri ilə əlaqə saxlayıb və onların göstərişi ilə təhlükəsizliklə bağlı məlumatlar ötürüb. 

O, Negev Nüvə Tədqiqatları Mərkəzi haqqında yalan məlumat verərək özünü "ağır su" üzrə cavabdeh kimi təqdim edib.

Qeyd edək ki, Buhobza 2024-cü ilin dekabrında Telegram-da İranın gizli agentləri ilə əlaqə qurub və iqtisadi çətinliklər səbəbindən əməkdaşlıq təklif edib. 

O, İran agentinə video və şəkillər göndərərək məxfi məlumatlar paylaşıb və müqabilində rəqəmsal valyuta alıb.

Həbsindən əvvəl Buhobza İranla əlaqəsini kəsməyə çalışsa da, sonradan İrandakı nüvə obyektləri ilə bağlı məlumat paylaşaraq, bu məlumatları “yuxarı vəzifəli bir məmurdan” aldığını iddia edib.

Nicat Osman

tag: İsrail,Beer Şeva,Doron Buhobza,İran ,Negev Nüvə Tədqiqatları Mərkəzi ,todaypress.az,