İran limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70-ə çatdı
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə "Mehr" agentliyi İranın Hörmüzqan əyalətinin böhran idarəçiliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, yanğının söndürülməsi əməliyyatı başa çatıb.
Şənbə günü Fars körfəzi sahilində Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanının ərazisində güclü partlayış baş verib. Bazar ertəsi İranın daxili işlər naziri Eskandar Momeni partlayışa səbəb kimi səhlənkarlığı göstərib.
Momeninin sözlərinə görə, limanda lazımi ehtiyat tədbirləri görülməyib.
O izah edib ki, hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb və proses davam edir.
"Hadisədə əli olmaqda şübhəli bilinən bəzi şəxslər artıq məhkəməyə çağırılıb" o deyib.
Aynur TAC
tag: İran, Azərbaycan, Fras, Körfəz, Lİman, todaypress.az,