İran limanında baş verən partlayışın səbəbi açıqlandı

Dünya

28.04.2025 16:51

17

Aprelin 26-da İranın Bəndər-Abbas şəhərindəki Şəhid Rəca limanında səhlənkarlıq nəticəsində partlayış baş verib.   

TodayPress xəbər verir ki, bu barədə  İranın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Hadisəni törədənlərin tapıldığı qeyd edilir. Hazırda faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, aprelin 26-da Fars körfəzi sahillərində dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib.

Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb.

Yüzlərlə insan yaralanıb, bəzilərini xilas etmək mümkün olmayıb.

tag: İran,Liman,Partlayış,Səbəb,Todaypress.az,