İran MAQATE müfəttişlərini ölkədən çıxaracaq
"ABŞ və İsrail İranı hərbi güclə hədələməyə davam edərsə, o, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıracaq".
TodayPress xəbər verir ki, bunu İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şəmxani deyib.
Onun sözlərinə görə, İran agentliyin bütün müfəttişlərini ölkədən qovacaq.
Bildirilib ki, davam edən xarici təhdidlər və İrana hərbi hücum etmək cəhdləri çəkindirici tədbirlərin tətbiqinə gətirib çıxara bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılmasını təklif edən mesaj göndərdiyini açıqlayıb.
Tehran birbaşa dialoqdan imtina edib.
Bu səbəbdən aprelin 12-də vasitəçilər vasitəsilə danışıqlar baş tutacaq.
Türkan İsgəndərli
tag: İran,MAQATE,Müfəttiş,Nüvə,Todaypress.az,