İran nüvə ilə bağlı etimad yaratmaq istəyir
"İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşir".
TodayPress xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Hazırda biz Aİ-3 (Böyük Britaniya, Almaniya və Fransa), Rusiya və Çinlə ayrı-ayrılıqda məsləhətləşmələr aparırıq. Məqsəd İrana qarşı tətbiq olunan qeyri-qanuni sanksiyaların ləğvi müqabilində etimad yaratmaq və nüvə proqramımızla bağlı daha çox şəffaflığa nail olmaq yollarını araşdırmaqdır" o əlavə edib.
Türkan İsgəndərli
tag: İran,Nüvə,Abbas Əraqçi,XİN,ABŞ,Todaypress.az,