İran nüvə obyektində iridium heksaflorid istehsalına başladı
İranın İsfahan əyalətində yerləşən nüvə obyektində iridium heksaflorid (IRF6) istehsal xətti istifadəyə verilib.
TodayPress xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Yeni istehsal xətti İsfahanın “Şəhid Rəisi” (UCF) nüvə obyektində açılıb. Açılış mərasimində İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami və nüvə sənayesinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Məlumata görə, yeni “IRF6” istehsal xətti “IR-191” izotopunun zənginləşdirilməsi və ayrılması üçün istifadə olunacaq. Bu izotop tibb və sənaye sahələrində mühüm tətbiqlərə malikdir.
Qiymət Mahir
tag: İran,Nüvə,İfahan,İridium heksaflorid ,Todaypress.az,