İran nüvə silahı hazırlayacaq? - AÇIQLANDI
"İran heç bir halda öz nüvə silahını hazırlamayacaq, çünki ölkə rəhbərliyi bu cür fəaliyyətlərə qadağa qoyub".
TodayPress xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi deyib.
Diplomatın fikrincə, Tehranın qərarı heç bir şübhə doğurmamalıdır.
Qeyd edək ki, aprelin 6-da İran parlamentinin üzvü Məhəmməd Qasim Osmani ölkə hakimiyyətini Qərblə dialoqda bərabər şərait yaratmaq üçün öz nüvə silahlarını yaratmağa çağırıb.
Türkan İsgəndərli
tag: İran,NÜvə,Silah,XİN,Qərb,Todaypress.az,