İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkə silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı göstəriş verib.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İran hakimiyyəti öz hava məkanını bağlamaq və silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə salmaq qərarına gəlib. Buna baxmayaraq, İran prezidenti Məsud Pezeşkian Tehranın Vaşinqtonla bərabərhüquqlu dialoqa hazır olduğunu bəyan edib. Nazirlər Kabineti üzvləri qarşısında çıxış edən Pezeşkian İslam Respublikasının qarşılıqlı hörmət əsasında danışıqlar aparmaq istəyini vurğulayıb.
Müvafiq qərarlar ABŞ-nin təhdidləri və həm İsrail, həm də Amerika qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.
Türkan İsgəndərli
tag: İran,Xamenei,Pezeşkian,ABŞ,Müharibə,todaypress.az,