İran prezidenti Bəndər Abbasa getdi
İran prezidenti Məsud Pezeşkian aprelin 26-da baş verən və 28 nəfərin ölümünə səbəb olan partlayışdan sonra Bəndər Abbas şəhərinə səfər edib.
TodayPress xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Bildirilir ki, prezident partlayışın detalları və mövcud vəziyyətlə yerində tanış olmaq istəyir.
Qeyd edək ki, Fars körfəzi sahilində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışda 1400-ə yaxın insan da yaralanıb. Hadisənin səbəbi rəsmi olaraq açıqlanmayıb.
Türkan İsgəndərli
tag: İran,Prezident,Pezeşkian,Bəndər Abbas,todaypress.az,