İran Prezidenti: "Ölkəmizdə bəziləri hətta bizi də qəbul eləmirlər"
"Bütün ölkələrdə bəziləri danışmamalı olduqları sözləri danışır və çərçivələri sındırır, pozurlar. Bizim ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər".
TodayPress xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra iki ölkə arasında yaranan münasibətlərə dair sualı cavablandırarkən deyib.
“Biz - siyasi və ictimai elita çalışmalıyıq ki, bəzilərinin düşünülməmiş hərəkətləri yuxarılara təsir etməsin. Uşaqlıq illərimizdə bir-birimizlə dalaşar, sonra barışardıq. Ancaq böyükləri işə cəlb eləyəndə onlar küsülü qalırdı” İran Prezidenti qeyd edib.
tag: İran,Pezeşkian,Azərbaycan,AzTV,todaypress.az,