İran Qətərdən vəsaitləri geri qaytaracağını gözləyir

Dünya

20.02.2025 19:15

1116

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bildirib ki, Qətər ABŞ-nin təzyiqlərinə baxmayaraq, banklarda saxladığı pulları geri qaytaracağını gözləyir. 

TodayPress xəbər verir ki, Xamenei bu sözləri Tehranda Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə İran prezidenti Məsud Pezeşkianın da iştirak etdiyi görüşdə deyib. 

“Biz Qətəri dost və qardaş ölkə hesab edirik, baxmayaraq ki, İranın Cənubi Koreyadan Qətərə köçürülmüş vəsaitlərinin qaytarılması kimi hələ də aydın olmayan və həll olunmamış məsələlər var” deyə lider bildirib.  

İranın Qətərdən Vaşinqtonun təzyiqlərinə müqavimət göstərməsini və İranın aktivlərini geri qaytarmasını gözlədiyini deyən Xamenei vurğulayıb ki, rəsmi Tehran bu mövzuda əldə edilmiş razılaşmanın həyata keçirilməsinə əsas maneənin ABŞ olduğunu bilir.  

Görüşdə Qətər əmiri iki ölkə arasında müştərək komissiyanın tezliklə fəaliyyətə başlayacağını və yaxın gələcəkdə iqtisadi mübadilənin artmasına zəmin yaradacağını bildirib. 

Xatırladaq ki, İran və ABŞ arasında 2023-cü ildə əldə edilmiş əvvəlki razılaşmaya əsasən, Vaşinqton tərəfindən Cənubi Koreya banklarında əvvəllər dondurulmuş İran vəsaitlərinin 6 milyard ABŞ dolları Qətər banklarındakı İran hesablarına buraxılıb. 

Aysel Mətləb

tag: İran ,Ayətullah Seyid Əli Xamenei,Cənubi Koreya,Qətər,ABŞ ,todaypress.az,