İran rialı anti-rekord vurdu

Dünya

25.03.2025 16:16

2449

İran valyutası ABŞ dolları qarşısında kəskin ucuzlaşaraq 1 ABŞ dollarına 1 milyon rial səviyyəsinə geriləyib. 

TodayPress xəbər verir ki, bu barədə İranın maliyyə agentliyi “TGJU” məlumat yayıb. 

Agentliyin martın 25-i səhər saatlarında yenilənmiş məzənnə göstəricilərinə əsasən, rialın dəyəri son sutkada 50 min rial azalıb.

Nəticədə 1 ABŞ dolları 1 milyon 36 min rial səviyyəsində qeydə alınıb. 

Qiymət Mahir

tag: İran,ABŞ,Dollar,Rial,Todaypress.az,