İran Trampla danışıqlara maraqlı deyil
İran İslam Respublikası ABŞ prezidenti Donald Trampla birbaşa danışıqlar üçün heç bir səbəb görmür.
TodayPress xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
“Danışıqlar üçün bir səbəb olmalıdır. İndi bunun üçün heç bir səbəb görmürəm. Bununla belə, biz, təbii ki, onlar hansı siyasət yürüdəcəklərini, dialoq üçün zəmin yaradacaqlarını görməliyik” deyə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazir əlavə edib ki, keçmişdə İranın ABŞ ilə birbaşa təmasları olub və bu, nüvə sazişinin bağlanması üçün şans yaradıb, lakin bu müqaviləni pozan Tramp olub.
Eyni zamanda, dialoqun bərpası üçün Vaşinqton tərəfindən İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması İran və ABŞ arasında etimadın yenidən inşası üçün ilk addım olacağını vurğulayıb.
Nicat Osman
tag: ABŞ,İran,Vaşinqton,Danışıq,Tramp,Todaypress.az,