İran və ABŞ arasında dolayı danışıqlara start verilir
İranın xarici işlər naziri Abbas Əraqçi Omanda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla dolayı danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayıb.
Məlumata əsasən, Əraqçi və Uitkoff arasında keçiriləcək görüş birbaşa deyil, vasitəçilər üzərindən aparılacaq.
Görüş oktyabrın 18-də baş tutacaq. Bu, eyni zamanda 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) müddətinin başa çatması ilə üst-üstə düşür.
Qeyd edək ki, ABŞ 2018-ci ildə bu razılaşmadan çıxmış, İran isə sonrakı illərdə sənədə qismən əməl etməkdən imtina etmişdi.
Hazırda BHFP-yə daxil olan digər ölkələr – Çin, Rusiya, Almaniya, Fransa və Böyük Britaniya yeni hüquqi mexanizmin olmamasından narahatdır.
Qiymət Mahir
tag: İran,ABŞ,Danışıqlar,Abbas Əraqçi,Todaypress.az,