İran və ABŞ danışıqlara başladı
Tehran və Vaşinqton müzakirələrə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Bizim nüvə məsələsi üzrə mümkün danışıqlarla bağlı planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam edir və üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa) ilə də qarşılıqlı fəaliyyət kanalı saxlanılır" nazir qeyd edib.
Türkan İsgəndərli
tag: ABŞ,İran,Danışıqlar,Nüvə,Todaypress.az,