İran və ABŞ danışıqlara başladı

Dünya

12.04.2025 16:00

16

Omanın paytaxtı Maskatda İran və ABŞ arasında danışıqlar başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.   

Uzun illər ərzində ilk dəfə baş tutan danışıqlar dolayı yolla Oman vasitəsilə aparılır. 

Bəqai deyib ki, iranlı və amerikalı müzakirəçilər ayrı otaqlardadır və Oman vasitəçiləri vasitəsilə mesaj mübadiləsi aparırlar. 

Töhfə Səməd

tag: İran,ABŞ,Danışıqlar,Görüş,Todaypress.az,