İran və ABŞ danışıqlara başlayacaq
Omanda keçiriləcək ABŞ-İran görüşündə əsas müzakirəçilər İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff olacaq.
TodayPress xəbər verir ki, bu barədə İranın "NourNews" agentliyi məlumat yayıb.
Bildirilib ki, danışıqlar birbaşa deyil, Oman Xarici İşlər Nazirliyinin rəhbəri Bədr bin Həməd bin Hamud Əl Busaidi vasitəsilə başlayacaq.
Əraqçi qarşıdan gələn görüşü həm fürsət, həm də çağırış adlandırıb.
Görüşün vaxtı açıqlanmayıb.
Qeyd edək ki, İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı gərginlik davam edir.
Türkan İsgəndərli
tag: İran,ABŞ,Oman,Danışıqlar,Todaypress.az,