İran və ABŞ danışıqları Romada davam edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya gəlib.
TodayPress xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Omanın xarici işlər naziri Bədr əl-Busəidi vasitəçiliyi ilə Romada ABŞ və İran arasında nüvə proqramının böhranın həlli məqsədilə danışıqların ikinci raunduna başlayacaq.
İsmail Bəqayi bildirib ki, bu danışıqların növbəti raundu fikir ayrılıqlarını tam həll etməyəcək, lakin tərəflər keçmiş təcrübələrə əsaslanaraq hər addımı atacaqlar.
Türkan İsgəndərli
tag: İran,ABŞ,Danışıqlar,Roma,Todaypress.az,