İran XİN: ABŞ ilə nüvə sazişi barədə danışıqlara hazırıq
İran ABŞ ilə nüvə sazişinə dair danışıqlara başlamağa hazırdır. Lakin bu, yalnız ABŞ-ın konstruktiv mövqe sərgiləməsi və İranın nüvə proqramının tamamilə ləğvini tələb etməməsi şərti ilə mümkündür.
TodayPress xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərlə görüşdə bildirib.
“Əgər amerikalılar konstruktiv mövqe tutarlarsa, mümkün razılaşma ilə bağlı danışıqlara başlaya bilərik. Uranın zənginləşdirilməsi məsələsi İran üçün real və ciddi məsələdir. Amma zənginləşdirmə hüququ prinsipial məsələdir və müzakirə mövzusu deyil” deyə o qeyd edib.
tag: İran ,XİN,Abbas Əraqçi,ABŞ,Todaypress.az,