İran XİN ABŞ-nin təhdidlərinə cavab verdi

Dünya

07.04.2025 15:18

11

"İrana qarşı istənilən xarici təcavüzə sərt cavab veriləcək".   

TodayPress xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib. 

“İranı təhdid edənlər bilməlidirlər ki, bu təhdidlər reallaşarsa, dərhal hərtərəfli cavab alacaqlar. İslam Respublikasına qarşı hər hansı təhdid sərt cavab alacaq” deyə o əlavə edib. 

Qeyd edək ki, aprelin 2-də Britaniyanın “Daily Express” qəzeti ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Tehran nüvə proqramı üzrə danışıqlara razılıq verməsə və nüvə silahı üzərində işi dayandırmasa, İran “sentyabr ayına qədər yox olacaq”. 

Britaniyanın “Daily Mail” qəzeti öz növbəsində ABŞ və İsrailin bu ölkənin nüvə proqramının davam edən inkişafının yaratdığı təhlükəni aradan qaldırmaq üçün “İrana zərbə vura” biləcəyini yazıb.

Jurnalistlər qeyd ediblər ki, İranın nüvə proqramına qarşı hərbi əməliyyat təhdidləri əvvəllər də səsləndirilib, lakin indi açıq sübutlar var ki, bu dəfə həm ABŞ, həm də İsrail daha çox irəli getməyə hazırdırlar.   

Töhfə Səməd

tag: İran,XİN, İsmail Baqai,ABŞ,Todaypress.az,