İran XİN: "İran ABŞ ilə birbaşa danışığa getməyəcək"

Dünya

24.03.2025 14:50

1052

"ABŞ Prezidenti Donald Trampın təhdidləri və maksimum təzyiq siyasəti səbəbindən Tehran və Vaşinqton arasında birbaşa dialoq imkanı olmasa da, İran ABŞ ilə dolayı danışıqlara hazırdır".

TodayPress xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O vurğulayıb ki, qarşı tərəfin İrana münasibəti dəyişmədiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara gedilməyəcək.

Nazirin sözlərinə görə, Tehranın əsas məqsədi ölkənin və xalqın maraqlarını qorumaqdır və hakimiyyət bunun üçün heç bir fürsəti əldən verməyəcək.

Qeyd edək ki, ABŞ İrandan nüvə proqramından tam imtina etməsini tələb etməyə hazırlaşır. Bununla bağlı Amerika Prezidenti Donald Tramp İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərib.

Türkan İsgəndərli

tag: ABŞ,İran,Danışıq,Abbas Əraqçi,todaypress.az,