İran XİN rəhbəri Rusiyadadır

Dünya

17.04.2025 12:58

14

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edib. 

TodayPress xəbər verir ki, bu barədə iranlı diplomat öz "Telegram" kanalında məlumat verib. 

O bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq. 

Xatırladaq ki, Əraqçi Rusiyaya səfərindən əvvəl bildirib ki, səfərinin əsas məqsədi İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Rusiya prezidenti Vladimir Putinə yazılı müraciətini çatdırmaqdır. 

Türkan İsgəndərli

tag: İran,Abbas Əraqçi,Rusiya,Səfər,Todaypress.az,